“Siyasi partiyalar haqqında” yeni Qanun müasir dövrün bütün reallıqlarını özündə əks etdirir.

“Siyasi partiyalar haqqında” yeni Qanun müasir dövrün bütün reallıqlarını  özündə əks etdirir.
  • Cəmiyyət

  • Azərbaycan dövləti Müstəqillik qazandığı dövrdən beynəlxalq hüquq normalarına, eyni zamanda , beynəlxalq təcrübələrə istinad etməklə dayanıqlı xalqın mənafeyini özündə birləşdirən qanunlar qəbul etməklə bu gün hüquqi demokratik dövlətə çevrilmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günün tələbidir. Çünki qüvvədə olan qanun qəbul ediləndən bu günə qədər ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə mühüm  dəyişikliklər baş vermişdir.”Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmiş, ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi yeni Qanunun qəbulunun zərurətini yaratmışdır.

    “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi  ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür.Yeni qəbul olunmuş qanunun üstünlükləri hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olması, Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilməsi, Dövlətin siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməsi, Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsi və bir çox  üstünlüklər Azərbaycanda Siyasi partiyalara göstərilən diqqət qayğının və Azərbaycanın hüquqi demokrtaik dövlət olduğunun bariz nümunəsidir.Yeni qanun layihəsi cəmiyyətdə yeni çağırışların,sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.

    “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir.
             
    Bəli, bizi qarşıda yeni çağırışlar gözləyir. Bu prosesə biz dövlətçiliyimizin daha da güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə hər zaman hazırıq.



    Məhbubə  Şahbazova,
    Bədəlan kənd tam orta məktəbi
    PAYLAŞ:

    Oxşar xəbərlər