Prezidenti İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə iştirak etmişdir

Prezidenti İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan  tədbirdə iştirak etmişdir
  • Cəmiyyət

  • Hər bir ölkə, xalq üçün sağlamlıq ən öndə vəzifədir .Prezident İlham Əliyevin idmana, idmançılara diqqəti və qayğısının əlbəttə nəticələri də hər zaman olacaq. İdmana qayğı hər zaman dövlətimizin prioritet məsələlərindən biri olub. Azərbaycanda bu günkü idmanın mövcudluğu və inkişafı bilavasitə Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həmin məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferaları, o cümlədən idman sahəsini də əhatə edir. İdmançılarımızın ildən-ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir. Bu gün dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülür. Bu əməyin nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır. Dövlət tərəfindən göstərilən qayğı idmançılarımızda sağlam düşüncə tərzi, siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa kömək edir.
                   
    Demək olarki elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimi özlülüyündə idmanın inkişafına daha da böyük töhfələr verəcəkdir.Həmin mərasimdə Cənab Prezident qeyd edərək demişdir ki, Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir, Mən bunu çox yüksək qiymətləndirirəm. Gənclər və idman nazirliyi qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var.

    Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları bütün gənc idmançılar üçün nümünə olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur. Əlbəttə ki, idmana dövlət dəstəyi - bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq.
               
    Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Hazırda Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha azad edilmiş şəhərlərin hər birində idman obyektlərinin yaradılmasının nəzərdə tutulduğunu və bu işlərin Baş planlar əsasında aparılacağını bildirmişdir.
               
    Sonda Prezident İlham Əliyev əldə edilmiş bütün uğurlar münasibətilə idmançıları, onların məşqçilərini, idman ictimaiyyətini təbrik edərək onlara yeni qələbələr, uğurlar arzuladı və 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya  idman mütəxəssisinə  mənzil orderləri təqdim etdi.    
                                                                



    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi

    PAYLAŞ:

    Oxşar xəbərlər