Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır. Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir.Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur. Laçın rayonu 18 may 1992-ci ildə Erməni quldurları tərəfindən işğal olundu.
İşğal dövründə bütün təzyiqlərə baxmayaraq Azərbaycan xalqı sınmadı, mətinliyini, mübarizliyini qorudu. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərində, Vətən müharibəsində, 2022-ci ilin sentyabr döyüşlərində Vətənə sonsuz sədaqət və məhəbbətlə bağlanan Azərbaycan övladlarının düşməni heyrətləndirən misilsiz qəhrəmanlıq nümunələri yaratdı. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə və qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazanaraq torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu.
Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu 28 ildən sonra nəhayət öz gerçək sahiblərinə qaytarıldı. Üstəlik də bir güllə atmadan, bir itki vermədən.
Prezident İlham Əliyevin digər işğaldan azad edilən torpaqlarımızda olduğu kimi Laçında da üçrəngli müqəddəs bayrağımızı qaldırması çox önəmli bir hadisə idi.
İstər daxili,istərsədə xarici düşmənlərimizə ən gözəl cavab oldu. Möhtərəm Prezident İlham Əliyev cənabları Laçına səfəri çıxışında bildirmişdir:“30 il ərzində torpaqlarımızı işğal edən erməni hərbi birləşmələri o torpaqları ancaq talamaq və yandırmaqla məşğul olub. Təəssüflər olsun ki, bu gün bizə təzyiq etmək xəyalına düşən böyük dövlətlər talançılıqla məşğul olan, dini, mədəni abidələrimizi talan edən barbar bir dövlətə etiraz edə bilmirdilər. Ancaq bu gün Azərbaycan öz ərazilərini terrorçulardan təmizləyib, təhlükəsizliyini qorumağa çalışanda bəzi ölkələr buna kəskin etirazını bildirməyə cəhd edir. Onda məntiqlə düşünəndə belə çıxır ki, həmin ölkələr də bu terrorist qrupları və vandalizmi dəstəkləyən dövlətlərdir”.
Möhtərəm Prezidentimiz İlham Əliyev İşğaldan azad olunan bütün rayonlarımız kimi Laçın rayonunda da geniş abadlıq və quruculuq işləri həyata keçirir. Regionun sosial-iqtisadi həyatında özünəməxsus yeri olan Laçın çox mühüm coğrafi və strateji əhəmiyyətə malikdir. Laçın rayonunda inşa edilən hava limanı gələcəkdə regionun turizminə və iqtisadiyyatına çox müsbət təsir göstərəcəkdir. Görülən genişmiqyaslı layihələr Laçın rayonunda geniş investisiya imkanları yaradır. Gələcəkdə Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcəkdir.
Biz haqq qələbəmizi qazandıq.Dövlətimizin qüdrətli bir Dövlət olduğunu dünya birliyi gördü.Amma bu gün isə böyük savaş informasiya sahəsində gedir və hər bir Azərbaycan vətəndaşı bu savaşda Vətənimizi, xalqımızı layiqincə təmsil etməli və dövlətimizə layiqli xidmət etməlidir.
Əntiqə Tağıyeva,
YAP Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya
təşkilatının sədri
təşkilatının sədri