Azərbaycan Ordusu dünya miqyasında neçəncidir?

Azərbaycan Ordusu dünya miqyasında neçəncidir?
  • Cəmiyyət

  • Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.

    LEQAL.AZ xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.

    2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.

    Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.

    Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər