Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə əlaqədar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə əlaqədar
  • Cəmiyyət

  • Bugün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir.Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir.Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti,həm də dünya azərbaycanlılarının lideridir. İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir.
                 
    Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının,hər şeydən əvvəl,böyük siyasi qələbəsidir. 
                  
    Prezident İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında,çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmişdir.Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin , Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.
                
    Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. Məhz İlham Əliyev yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında obyektiv rəy formalaşmış,həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş,onun həlli yolunda mühüm addımlar atılmışdır.Avropa Şurasında Ermənistanın təcavüzkar,işğalçı dövlət kimi tanınmasında,erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində çox mühüm işlər görmüşdür.
                 
    Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müzəffər Ordusu 30 illik işğala son qoydu.Beləliklə,düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı,Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.Geniş dünyagörüşünə,dərin və hərtərəfli biliyə,yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş,bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
                  
    Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik,hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.
     
            



    Aidə Şıxəliyeva,
    Masallı rayon, Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəbin İnformatika müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər