Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar

Prezident İlham Əliyevin  həyata keçirdiyi islahatlar
  • Cəmiyyət

  • Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. Xalqın etimadını və rəğbətini qazanmış dövlət başçısı cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. O, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezidentlik dövründə dövləti və xalqı üçün yorulmadan çalışmışdır. Ulu öndərin görmək istədiyi əraziləri işğaldan azad, iqtisadiyyatı güclü, sabit Azərbaycan dövləti onun əsas prioretidir. Ulu Öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi olduğu fəaliyyətinin hər addımında bəlli etmişdir. Dünyada hökm sürən iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin təcəssümüdür.

    Sonuncu  prezident və parlament seçkilərindən sonra ölkəmizdə aparılan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Ölkə rəhbərinin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun aynasıdır. Xalqın dövlətə, orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız şanlı zəfər tarixinin əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən ölkə başçısı xalqın dəmir yumuruq kimi onun ətrafında birləşməsinin əsas səbəbkarıdır. Dövlət və cəmiyyətin inkişafı üçün sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı olan Prezident İlham Əliyev bu əməkdaşlığı nümummilli məsələlərdə daha vacib olduğunu qeydedir: "Ümummilli məsələlərdəheç bir fərqli fikir ola bilməz.

    Ümumiməsələlər Qarabağ məsələsidir. Ümumiməsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var". 




    Anar Məmmədov,
    Masallışəhər sakini 

    PAYLAŞ:

    Oxşar xəbərlər