Dayanıqlı iqtisadi inkişaf

Dayanıqlı iqtisadi inkişaf
  • Cəmiyyət

  • Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üzrə irəliləyişə nail olub.
                   
    Reallaşdırılan islahatlar bir tərəfdən iqtisadiyyatın inkişafı, eləcə də dayanıq¬lığın və inklüzivliyin təmin edilməsinə əlverişli şərait yaradıb. Digər tərəfdən isə bu, sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar açıb. Respublikada sosial paketlərin icrası ilə həm minimum əməkhaqqının, həm də orta ay¬lıq əməkhaqqının təxminən bir neçə dəfə artımının reallaşma¬sı da sosial təminatın daha da gücləndirilməsini şərtləndirib.
                   
    Dövlət başçısının reallaşdırdığı islahatlar, müasir iqtisadi və sosial infrastruk¬turun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafı¬nı, onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edir. Eyni zamanda, Azərbaycanda reallaşdırılan sosial siyasət nümunəvi xarakter daşıyır. Son illərdə gerçəkləşdirilən və ölkə əhalisinin rifahının yüksəlməsində mühüm rol oynayan böyük sosial paketlər də bunun bariz ifadəsidir.
                   
    Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazım¬dır ki, yoxsulluğun azaldıl¬ması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal çətinliklərinin, o cümlədən içməli su proble¬minin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə  Azərbaycanın inkişaf strategiyasının uğurla reallaş¬dırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisa¬di, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.
                   
    Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının ar¬tırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sis¬teminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qo¬runan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.
                 
    Respublikamızın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisa¬di şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir.Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demok¬ratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib.




    Aytən Şükürov,
    Dəmirçi kənd ümumi orta məktəbinin direktoru 

    PAYLAŞ:

    Oxşar xəbərlər