Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  • Cəmiyyət

  • Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, havanın temperaturunun anomal gedişi gözlənilir, gecə 8°-dək isti, gündüz 5°-dək isti, Bakıda gecə 8°-dək isti, gündüz 5°-dək isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər