Şuşa qalasının açarı-VİDEO

Şuşa qalasının açarı-VİDEO
  • Cəmiyyət

  • Qədim Şuşa artıq düşmən tapdağından azaddır və ora qayıdacağımız gün uzaqda deyil. Milli Tarix Muzeyinin Silahlar və Bayraqlar fondunun unikal kolleksiyaları arasında Şuşa qalasının açarı ən qiymətli eksponatlardan hesab olunur və xüsusi həssaslıqla qorunur.
    Muzeyin müdiri Sevinc Vahabova deyir ki, tarixi keçmişimizi əks etdirən maddi-mədəniyyət nümunələri qorunub saxlanılmaqla yanaşı, mütamadi olaraq nümayiş etdirilir və gənc nəslə çatdırılır. Şuşa qalasının açarının çox maraqlı tarixi var. XVlll əsrin ortalarında Azərbaycanın qədim yurd yeri sayılan Şuşa özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarabağ xanı Pənahəli xan düşmən hücumlarından müdafiə olunmaq üçün daha etibarlı müdafiə istehkamlarının qurulmasını qərara alır. 1748-ci ildə "Bayat", 1752-ci ildə "Şahbulaq" qalaları inşa olunur. Lakin müharibələr dövründə xanlığın ərazisini, eləcə də əhalini daha yaxşı qorumaq üçün daha möhkəm qalaya ehtiyac duyulurdu. Bu məqsədlə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yamacında Şuşa qalası tikilir. Bu açar məhz həmin qalanın açarlarıdır.​

    LEQAL.AZ azərtac-a istinadən videogörüntünü təqdim edir.


    PAYLAŞ:

    Oxşar xəbərlər