Prezident İlham Əliyevin Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə iştirak etmişdir

Prezident İlham Əliyevin Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə  iştirak etmişdir
  • Cəmiyyət

  • 14 dekabr 2022-ci il tarixdə Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir.  Bunun əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dil və dini ortaqlıqlar təşkil edir. Ölkələrimiz arasındakı sıx təmaslar və dostluq əlaqələri ölkələrimiz arasındakı münasibətlərin inkişafının dinamikasını müəyyən edir, həmçinin beynəlxalq arenada uğurlu qarşılıqlı fəaliyyətə töhfə verir. Zirvə görüşü ölkələrimiz arasında mövcud olan çox şaxəli ikitərəfli münasibətləri tamamlayan, ortaq maraq və fayda əsasında dövlətlərimiz arasında əlaqələrin daha da inkişafı məqsədini güdən Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində mühüm mərhələ təşkil edir.

    Eyni zamanda,  Birinci Zirvə görüşünün Birgə Bəyanatı, energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində üçtərəfli sənədlər bu istiqamətdə atılan əməli addımlar təşkil edir. Ölkələrimizin birgə iştirak etdiyi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam etdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimizin inkişaf etməsini, dialoqun intensivləşdiyini müşahidə etmək məmnunluq doğurur. Təşkilatın 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilmiş 9-cü Zirvə Görüşü zamanı dövlət başçıları tərəfindən qəbul olunan qərarlar birgə səylərin möhkəmləndirilməsinə öz töhfəsini vermişdir. Münasibətlərimizin üçtərəfli formatda inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və əminik ki, bu xüsusda regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsi nəticəsində ciddi nailiyyətlər əldə olunacaq.
             
    Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışında vurğuladığı məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı olmuşdur.Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, həm də ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək. Enerji təhlükəsizliyinin aktuallığının əhəmiyyətli dərəcədə artması dövlətlərimiz arasında bu sahədə də mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini nümayiş etdirir.
             
    Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və bütün Türk Dünyasının birləşməsi və inteqrasiyası prosesində irəliyə doğru çox mühüm addımdır.
                   
    Əminliklə deyirik ki, Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir.




    İlham  Ağayev,
    Hişkədərə kənd E.Ağayev adın atam orta məktəbin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər