Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
  • Cəmiyyət

  • Dekabrın 4-u saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Müdafiə Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər