Masallıda Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Masallıda Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
  • Cəmiyyət

  • 30 noyabr 2022-ci il tarixində Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət mərkəzində bir qrup rayon Ağsaqqallarının iştirakı ilə Yunan - Roma güləşi üzrə keçmiş SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi olmuş Nadir Yaqub oğlu Agayevin xatirəsinə həsr olunmuş tədbiri keçirilmişdir. 

    Tədbiri giriş və təbrik sözü ilə Rayon Gənclər və İdman idarəsinin rəisi Sadiq Cahangirov açdı.

    Nadir Agayevin yetirmələrindən Azərbaycan idmanında layiqli, titullar, qaliblər adına layiq görülmüşlər və yüksək yer tutmuş, fəxri adlar habelə medallar qazanmışlar adından nümayəndələr söz aldılar.

    Daha sonra vaxtilə Nadir Agayevin nailiyyətlər qazanmasına təkan verən Rayon Komsomolunun birinci katibi işləmiş, hazırda Rayon Agsaqqallar surasının sədri Ələşrəf Niftiyev söz alaraq xatirələri ilə çıxış etdi.

    Tədbirin sonunda Nadir Agayevdən bəhs edən "Pəhləvanın salnaməsi" baxış keçirildi.

    Yekunda tədbirin təşkilatçısı Rayon İdman və Gənclər idarəsi tərəfindən tədbirdə fərqlənənlərə fəxri fərman və hədiyyələr təqdim edildi.

    İbrahim Şükürov,
    Masallı Rayon Agsaqqallar Şurasının mətbuat katibi 


    PAYLAŞ:

    Oxşar xəbərlər