Laçının erməni işğalından azad olunmasından iki il ötür

Laçının erməni işğalından azad olunmasından iki il ötür
  • Cəmiyyət

  • Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurd-yuvasına qaytardı. Bu isə Ali Baş Komandan və  Azərbaycan Ordusunun qələbəsidir.

     44 günlük Vətən müharibəsinin nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edildi. Torpaqlarımızın  azadlığı ilə döyüşən hərbçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərdilər. Bu müqəddəs mübarizədə canını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik.

    Qeyd edək ki, Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.  Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkilərilə zəngin olan Laçınımız düşmən tapdağı altına düşdü. Çünki həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan oldu.

    Öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı ordumuz və dövlətimiz 1 dekabr 2020-ci il Laçının işğaldan azad edilməsi ilə Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədləri və ərazi bütövlüyü təmin etdi. Artıq Azərbaycan-Ermənistan dövlət sərhəddinin sonuncu santimetrinə kimi Azərbaycan əsgərləri post qurub, dayanıblar. Məhz müharibədə qazanılan qələbə ilə bu 3 rayonun döyüşsüz təhvil verilməsi təmin olundu.

    Prezident İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi Laçın da bərpa olunur, cənnətə çevrilir. Rayon ərazində aparılan tikinti-bərpa işlərinin güdişatı onu göstərir ki, artıq Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır.

     Prezident İlham Əliyev  ökəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.Laçın bizimdir! Qarabağ Azərbaycandır!


     
    Aytən  Şükürova,
    Dəmirçi kənd ümumi orta məktəbinin direktoru 


    PAYLAŞ:

    Oxşar xəbərlər