10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat
  • Cəmiyyət

  • Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu.Məhz həmin gün Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün  ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı.Bəli,2020-ci ilin noyabr ayının 9- dan 10- na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri ,eləcə də Ermənistanın  baş naziri tərəfindən üçtərəfli Bəyanat imzalandı.Beləliklə,bu bəyanat münaqişənin hərbi mərhələsini başa çatdırdı.
     
    Bu Bəyanat torpaqlarımızın işğalına son qoyaraq  Ermənistan ordusunun məğlubedilməzliyi barədə mifi puç etdi.Ermənistan hərbi kapitulyasiya aktını imzalayaraq dünya ictimaiyyəti qarşısında işğalçı olduğunu qəbul etməklə bərabər,Azərbaycanın regionda sülhün və əmin-amanlığın  təminatçısı olduğunu təsdiqlədi. Doğma yurdum  Azərbaycanım 10 noyabr tarixli bəyanatla sadəcə əzəli torpaqlarını işğaldan təmizləmədi,eyni zamanda regionda sülh və əmin-amanlıq yaratdı.

    Üçtərəfli bəyanat status-kvonu dəyişməyə müvəffəq oldu.Məhz bu bəyanatdan sonra Qarabağın status məsələsi öz həllini tapdı.
    Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına  uyğundur.Belə ki ,işğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və ərazilərdə yalnız Azərbaycan qanunları işləyəcək." Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı ərazi adı yoxdur.Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.Ağdam,Laçın,Kəlbəcər rayonları qan tökülmadən qaytarıldı.Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal olunmuş bütün torpaqlarımızdan qeyri-şərtsiz çıxmağa məcbur olmuşdur. 
    Vətən müharibəsində doğma yurdumuzun qələbəsini rəsmiləşdirən ,ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq edən  bu Bəyanat 
     bütün dünyaya Azərbaycan xalqının birliyini,həmrəyliyini ,iradəsini,gücünü bir daha  göstərdi.

    Azərbaycanın Müzəffər Ordusu ,qətiyyətli iradəsi ilə sözün əsil mənasında tarixi salnamə yazan cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalq sübut etdi ki,həmrəyliymiz bizim üçün böyük bir dəyərdir.Bu bəyanat döyüş meydanında Azərbaycanın qazandığı qələbəsinin masada öz təsdiqni tapması deməkdir.Bu,Müzəffər Ordumuzun,Qalib Xalqımızın böyük Zəfər qələbəsidir.Bu Zəfər iki yüz ildir davam edən məğlub xalq sindromunu sındırdı və xalqın inamını özünə qaytardı.Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayıb,gec-tez öz amalına qovuşacaqdı .Bəli,tarixdə Azərbaycan qalib dövlət,Azərbyacan xalqı isə  qalib xalq kimi qalacaq.Ölkəmiz tarixi ədaləti,beynəlxalq hüququ və ərazi bütövlüyünü öz gücü ilə təmin etdi.

    Xalqımızı qalib xalqa çevirən bu Şanlı Zəfər Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanı dövrünün ən qüdrətli dövlətinə çevirib.
     
    30 illik münaqişdən sonra təzyiq və təhdidlərə baxmayaraq,44 günlük Vətən müharibəsi Azərbyacanın dünyada əks-səda doğuran parlaq qələbəsidir.Bu qələbə ermənilərin sinəsinə silinməz dağ çəkdi. Bütün dünya şahid oldu ki,Azərbaycan Ordusu,Azərbaycan xalqı yenilməzdir!



    Həşimova Aygül,
    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər