Masallı RİH başçısı çay əkini zamanı mövcud vəziyyətlə maraqlanıb

Masallı RİH başçısı çay əkini zamanı mövcud vəziyyətlə maraqlanıb
  • Cəmiyyət

  • LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, 06 noyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Mahmudavar ərazisində çay əkinini ilə yaxından maraqlanmışdır.

    Yeni salınacaq çay plantasiyasında Masallı DAİM-n direktoru Seymur Nuriyev və mütəxəssisləri, media nümayəndələri iştirak etmişlər.
    Mahmudavar bələdiyyəsinin sədri Əfqan Babayev ərazidə ilk dəfə olaraq 2,5 hektar sahədə çay əkini barədə rayon rəhbərinə məlumat vermişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əkilən sahələrə baxmış, tövsiyə və göstərişlərini vermişdir.
    Rayon rəhbəri əməkçilərə qoşulub torpağa bir neçə çay şitili köçürmüşdür.
    İcra başçısı Ş.Məmmədov təsərrüfat sahələrindəki mövcud vəziyyətlə tanışlıq zamanı karantin qaydalarına riayət olunmaqla çaybecərənlərin problemləri ilə maraqlanıb, onlara tapşırıq və tövsiyələrini verib. O, əkin zamanı bütün aqrotexniki qaydalara əməl etməyi, çaybecərənlərdən ara məsafəsi gözləməyi, virusla vaxtaşırı mübarizə aparmağı xahiş edib. İcra başçısı bildirib ki,  koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət məni ciddi narahat edir. Bu hər kəsi narahat etməli, maskadan və spirtdən istifadə etmək lazımdır. Qeyd olunub ki, bu gün hər bir vətəndaş bilməlidir ki, ölkədə aparılan koronovirusla mübarizə tədbirləri bizim sağlamlığımızın qorunmasına, əhalinin, bütövlükdə ölkəmizin təhlükəsizliyinə xidmət edir.
    — Cəbhədə bizim qələbələrimiz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin sayəsində düşmən tapdağında olan Qarabağ torpağımız tezliklə azad olunacaq. O gün yaxındadır. Əsgər və zabitlərimizin qələbə müjdəsi bizi sevindirir. Ona görə də biz arxa cəbhədə öz əməyimizlə bolluq yaratmalıyıq. İqtisadi rentabelli kənd təsərrüfatı sahələri, xüsusilə bu qiymətli, çoxillik çay bitkisinin yetişdirilməsinə diqqət artırılmalıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər