Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq Qərarına əsasən noyabrın 7-si gecə saat 00:00-dan noyabrın 9-u səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən LEQAL.AZ-a bildirilib ki, 9 noyabr – Dövlət Bayrağı Günü qeyri-iş günü olmasına baxmayaraq müntəzəm və ekspress xətlər üzrə avtobuslar sərnişinlərin xidmətində olacaq.