Bu həftə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycana səfər edəcək.
"Leqal.az"ın məlumatına əsasən, Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 4-də Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin nazirlər səviyyəsində iclasında iştirak edəcək.
Qeyd edək ki, Avropa İttifaqı Avropaya qaz tədarükünün artırılması potensialı barədə Azərbaycanla danışıqlar aparır. /oxu.az/