Azərbaycanda son sutkada koronavirusa 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 643 509 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib, aktiv xəstə sayı 14 663 nəfərdir.
Ölkədə son sutka ərzində 12 923, hazırkı dövrədək isə 6 107 416 test aparılıb.
LEQAL.AZ