Hava haqqında məlumat

Hava haqqında məlumat
  • Cəmiyyət / Maraqlı

  • Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntı gündüz tədricən kəsiləcək.

    Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 1-3, gündüz 5-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında isə havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 14-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər