Peyvənd olunmuş insan özündə "omikron"u hansı simptomlarla aşkar edə bilər

Peyvənd olunmuş insan özündə "omikron"u hansı simptomlarla aşkar edə bilər
  • Cəmiyyət / Maraqlı

  • Britaniyalı epidemioloq, professor Tim Spektor peyvənd olunmuş xəstələrdə koronavirusun "omikron" ştamının özünü necə biruzə verdiyini izah edib.

    Mütəxəssis koronavirusa qarşı peyvənd olunanlarda "omikron"un beş simptomunu açıqlayıb. O, bildirib ki, virus mutasiyası soyuqdəyməyə bənzər simptomlara səbəb olur. Bunlara burun axması, asqırma, yorğunluq, baş ağrısı və boğaz ağrısı daxildir.

    Alim qeyd edib ki, "omikron" ştamına yoluxan xəstələrin yalnız yarısında qızdırma, öskürək və qoxu olmaması kimi xəstəliyin ümumi simptomları müşahidə olunub.

    "Omikron, xüsusilə peyvənd olunmuş insanlarda daha çox soyuqdəymə kimi simptomlara və daha az ümumi sistem simptomlarına səbəb olur", - deyə Spektor vurğulayıb. /Trend/

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər