“Omikron”un daha iki simptomu ortaya çıxdı

“Omikron”un daha iki simptomu ortaya çıxdı
  • Cəmiyyət

  • Koronavirusun “Omikron” variantından COVID-19-un qızdırma, baş ağrısı, dadbilmə və qoxu hissinin itməsi kimi klassik simptomlar gözlənilərkən, eyni zamanda ənənəvi qrip simptomlarına da rast gəlmək mümkündür.

    Britanitanın ZOE COVID izləmə tətbiqinə əsasən, burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısı kimi çox yayılan beş simptomu klassik qripdən fərqləndirmək olmur.

    Bununla yanaşı, London Kral Kollecinin Genetik Epidemiologiya professoru və ZOE-nin həmtəsisçisi Tim Spektor bildirib ki, “Omikron”a yoluxmuş bəzi insanlarda ürəkbulanma və qusma müşahidə edilir.

    Spektor əlavə edib ki, bu simptomlar tam peyvənd edilən, həmçinin gücləndirici dozanı vurduran insanlarda da olub.

    ZOE-də əvvəlki tədqiqatlara əsasən məlum olub ki, “Omikron” infeksiyasının bir simptomu da iştahsızlıqdır.

    Mənbə: Daily Express
    PAYLAŞ:

    Oxşar xəbərlər