Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  • Cəmiyyət / Maraqlı

  • Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 0-1, gündüz 4-6, Bakıda gecə 0-1, gündüz 4-6 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər