Blokda gecələyən Özbəkistan vətəndaşı ilə bağlı səfirlik hərəkətə keçdi
Ötən həftə Azərbaycanda küçədə qalan Özbəkistan vətəndaşı ilə bağlı məlumat vermişdik. Onun taleyi ilə bağlı yaxın zamanda tədbir görüləcəyi bildirilib.
Bu barədə oxu.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, ötən həftə qadın sığınacağa gətirilib və artıq Özbəkistan Səfirliyinin əməkdaşları onunla görüşüb:
"Qadın başına gələnlərlə bağlı səfirlik əməkdaşlarına məlumat verib. Dünən Özbəkistan Səfirliyinin əməkdaşı bütün məlumatları götürdü və aidiyyəti üzrə qadının sənədlərinin qaydasına salınması istiqamətində zəruri tədbirlər görəcəklər. Qadın vaxtında aidiyyəti üzrə müraciət etmədiyi üçün qanunsuz miqranta çevrilib. İndi bununla bağlı bir neçə gün ərzində tədbirlərin görüləcəyi deyildi. Hazırda isə qadın bizim sığınacağımızda saxlanılır".
Qeyd edək ki, qadının iki gün blokda gecələdiyi, daha sonra isə sığınacağa yerləşdirildiyi bildirilib.
LEQAL.AZ