Gəncə Uşaq evinin yetirməsi gəlin köçüb.
"Leqal"ın məlumatına görə, ömrünün 11 ilini uşaq evində keçirən Günay Vəliyeva bütün adət ənənələrə uyğun olaraq ata evi hesab edilən müəssisədən gəlin paltarında çıxıb.
Şəmkir rayon sakini Tural bəylə ailə quran Günayın toyu Gəncənin şadlıq evlərindən birində keçirilib. Toy məclisində bəyin qohumları, uşaq evinin rəhbərliyi və kollektivi ilə yanaşı Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, tanınmış modelyer Fəxriyyə Xələfova, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Toy məclisində 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevanın adından Samux rayonunda bir otaqlı mənzilin açarı Günay Vəliyevaya təqdim olunub.
Öz növbəsində Günay Vəliyeva toy mərasiminin təşkilatçılarına, dövlət başçısı İlham Əliyevə, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya, modelyer Fəxriyyə Xələfovaya və digərlərinə minnətdarlığını bildirib.
LEQAL.AZ
Bizim.Media