Türkiyənin ilk mini peykinin kosmosa buraxılma anı

Türkiyənin ilk mini peykinin kosmosa buraxılma anı
  • Cəmiyyət / Maraqlı

  • Türkiyənin ilk mini peyki - “Grizu-263A” kosmosa buraxılıb. TRT kanalının yaydığı məlumata görə, peyk Zonquldak Bülent Ecevit Universiteti Mühəndislik Fakültəsi tələbələrindən ibarət “Grizu-263” Kosmos Qrupu tərəfindən hazırlanıb.

    Türkiyənin ilk cib peyki adlandırılan “Grizu-263A” Ankara vaxtı ilə 18:25-də “SpaceX” raketi ilə orbitə göndərilib.

    Təxminən 525 kilometr alçaq yer orbitində 4 il 8 ay müddətində xidmət etməsi planlaşdırılan 5x5x5 santimetr ölçülərinə malik Türkiyənin ilk "pocketqube peyki"nin orbitə göndərilməsi 25 min avroya başa gəlib.


    virtualaz.org
    PAYLAŞ:

    Oxşar xəbərlər