Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb. Rusiya XİN-in sözüçü Mariya Zaxarova deyib ki,
Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır. Zaxarova gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya və demarkasiya prosesinin başlanmasında gördüyünü bildirib.
O qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.