Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 555 yeni yoluxma faktı qeydə alınıb 503 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 621 234 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 561 nəfər müalicə olunaraq sağalıb, 8 445 nəfər vəfat edib, aktiv xəstə sayı 7 228 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 395, ötən müddət ərzində isə ümumilikdə 5 943 023 test aparılıb.
LEQAL.AZ