Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Terrorla Mübarizə Qərargahının iclasını keçirib.
“Leqal” xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb.
Tokayev qeyd edib ki, ölkənin bütün regionlarında konstitusion tələblər bərpa olunub, lakin yaraqlılar tam zərərsizləşdirilənə qədər terror əleyhinə əməliyyatları davam etdirmək lazımdır.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gərgin iş aparırlar: “Yerli orqanlar vəziyyətə nəzarət edirlər. Lakin terrorçular əvvəlki kimi silahdan istifadə edir, vətəndaşların əmlakına zərər vururlar. Buna görə də terrorla mübarizə tədbirlərini yaraqlılar tam məhv edilənə qədər davam etdirmək lazımdır”.
Tokayev bildirib ki, o, təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən terrorçulara atəş açmaqla bağlı əmr verib: “Kim təslim olmasa, zərərsizləşdiriləcək”. /Qafqazinfo