Hadrutda müəmmalı tunel aşkarlandı

Hadrutda müəmmalı tunel aşkarlandı
  • Cəmiyyət / Maraqlı

  • Baku TV Qarabağın cənub qapısı hesab edilən Hadrutdan reportaj hazırlayıb. 

    Viran edilmiş kənd və şəhərlərin, qəsəbələrin yenidən salınması yolla başlayır.

    Hadrut qəsəbəsinə 39,7 km uzunluğunda və 1-ci texniki dərəcəyə uyğun Şükürbəyli-Cəbrayıl-Hadrut yolu çəkilir. Hazırda yolda qazma və torpaqlama işləri aparılır. 

    Qəsəbədə yerləşən və istismar müddətini demək olar ki, başa vuran elektrik yarımstansiyası müharibədən sonra yeniləndi. Buraya Cəbrayıldan elektrik xətləri çəkildi və qəsəbənin əsas obyektləri elektrik enerjisi ilə təmin olundu. Daha sonra Prezident İlham Əliyev tərəfindən qəsəbədə tam müasir tipli yeni qovşaq yarımstansiyasının təməli qoyuldu. 

    Baku TV-nin çəkiliş qrupu Hadrutdakı evləri müşahidə edərkən maraqlı mənzərə ilə qarşılaşıb. Qəsəbədəki evlərdən birində tunel olduğu məlum olub. İlkin ehtimala görə, ermənilər bu tunellərdən qaçmaq və gizlənmək üçün istifadə edib. 


    PAYLAŞ:

    Oxşar xəbərlər