Fransada koronavirusa günlük yoluxma sayı 200 mini ötüb ki, bu da pandemiya başlayandan bəri yeni rekorddur.
Bu barədə ölkənin Səhiyyə Naziri Olivye Veran məlumat verib.
“Ölkənin sanitar qurumu tərəfindən bu gün açıqlanan rəqəmlər göstərir ki, yoluxma sayı artmaqda davam edir. Son 24 saat ərzində 208 min fransız COVID-19-a yoluxub”, - deyə Veran parlamentin Qanunvericilik Komissiyasının iclasında bəyan edib.
Qeyd edək ki, bunadək sonuncu rekord təxminən 180 min olmaqla dünən qeydə alınıb.
Danimarkada da son sutka ərzində 23 228 olmaqla rekord sayda yoluxma halı aşkarlanıb. Ölkə hər yüz min nəfərə düşən COVID xəstəsi sayına görə də dünya lideridir.
ABŞ-da isə sutkalıq yoluxma yarım milyon nəfəri aşaraq 512.5 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri ölkədə qeydə alınmış ən yüksək günlük yoluxma göstəricisidir.
Daha bir gündəlik yoluxma rekordu İtaliyada qeydə alınıb. Son 24 saatda ölkədə 98 020 nəfər COVID-ə tutulub.
Bu gün həmçinin Argentina, İspaniya, Britaniya, Yunanıstan və İsveçrədə də yoluxma rekordları müşahidə olunub.
Mənbə: “RİA Novosti”