Strasburqda Azərbaycanın haqq işinə dəstək aksiyası keçirilib.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən LEQAL.AZ-a verilən məlumata görə, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü, oktyabrın 18-də ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinə gələrək, Ermənistanın hərbi təcavüzü və işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti və xalqına dəstəyini ifadə ediblər.