Xalq artisti Yalçın Rzazadənin məzar daşı götürülməyib.
"Leqal" axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni Roza Zərgərli "Tam vaxtıdır" proqramında deyib. O bildirib ki, ailəsinin müğənninin məzarını düzəltdirməyə imkanı yoxdur.
Roza sənət adamlarına səslənərək, bir araya yığışıb pul yığıb, bunu etməyi təklif edib:
"Hərə 200 manat göndərsin, yığıb, sənətkarın qəbir daşını götürək".