Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir.
Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha da sərt addımlar atmağa məcbur edir.
Narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır.
Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illər ərzində mühüm uğurlar əldə olunub.
XXI əsrin ən böyük bəlalarından biri narkotik maddələr və psixotrop vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyadır.
Çox təəssüflər olsun ki, Azərbaycan da bu bəladan yan keçməyib. Ölkəmizdə də narkotik maddələr və psixotrop vasitələrin mənfi təsirləri olub. Narkotik maddələr və psixotrop vasitələrlə mübarizə ilə əlaqədar əsas görüləcək işlər onların satışını təşkil edən şəxslərin məsuliyyətə cəlb olunması və həmin maddələrin mənfi təsirlərini özündə əks etdirən təbliğat işinin aparılmasıdır.
Bununla bağlı da Daxili İşlər Nazirliyi tərəfindən müxtəlif istiqamətləri özündə əks etdirən işlər aparılır. Bundan əlavə, narkotik maddələr və psixotrop vasitələrin törətdiyi fəsadlarla əlaqədar mütəmadi olaraq DİN tərəfindən müxtəlif televiziyalarda, saytlarda, sosial şəbəkələrdə təbliğat işləri həyata keçirilir
Son günlər bildiyiniz kimi, Bakıda və bir neçə rayonda məktəblərin qarşısında şagirdlərə mənşəyi bəlli olmuyan, müxtəlif dərman vasitələri və narkotik maddələr paylayırlar. Artıq bununla bağlı Daxili İşlər Naziri hərəkətə keçib və iş ciddi şəkildə araşdırılır.
Amma bu, təkcə polisin işi deyil burda ən çox yük ilk növbədə evdə atanın, ananın məktəb də isə müəllimin üstünə düşür. Bu günkü şagirdlər gələcəyin müəllimi, həkimi, polisi, mühəndisi olacaqlar. Onları qorumaq üçün əlimizdən gələni etməliyik.!
Müəllif: Mərhəmət Lələyev