Azərbaycanda koronavirusdan daha 15 nəfər öldü

Azərbaycanda koronavirusdan daha 15 nəfər öldü
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 1 853 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 599 min 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 min 238 nəfər müalicə olunaraq sağalıb, 8 min 19 nəfər vəfat edib, aktiv xəstə sayı 22 min 456 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 33, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 633 min 54 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər