Bu gün Aprel döyüşlərində şəhid olan gizir Nurlan Əsgərlinin doğum günüdür

Bu gün Aprel döyüşlərində şəhid olan gizir Nurlan Əsgərlinin doğum günüdür
  • Cəmiyyət / Maraqlı

  • "Leqal"ın  məlumatına görə, Nurlan Bayram oğlu Əsgərli 1995-ci il dekabrın 3-də Masallı rayon Viləş kəndində anadan olub. Nurlan 2014-cü ildə ordu sıralarına yola düşüb. Hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində oxuyaraq Xüsusi Təyinatlı Qüvvələrdə giziri kimi xidmətə başlayıb.

    Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərdə Nurlan Əsgərli qəhrəmancasına şəhid olub. Onun cənazəsi aprelin 4-də doğulub boya-başa çatdığı Masallı rayon Viləş kəndində torpağa tapşırılıb.

    Viləş kəndində yaşadığı küçə şəhidin adını daşıyır.

    Qedək ki, Əsgərov Nurlan Bayram oğlu göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

    O, həm də 44 günlük Vətən müharibəsi şəhidi İntiqam Bayram oğlu Əsgərlinin qardaşıdır.

    Allah bütün şəhidlərimizi rəhmət eləsin!






    PAYLAŞ:

    Oxşar xəbərlər