Akşin Balayev “Vətən Müharibəsi Qəhrəmanı”nın büstünü hazırladı

Akşin Balayev  “Vətən Müharibəsi Qəhrəmanı”nın büstünü hazırladı
  • Cəmiyyət / Maraqlı

  • 44 günlük Vətən müharibəsi şəhidi İntiqam Bayram oğlu Əsgərlinin büstü hazırlanıb.

    LEQAL.AZ   xəbər verir ki, büstü gənc heykəltəraş Akşin Balayev ərsəyə gətirib. 

    Akşin Balayev Vətən müharibəsi mövzusunda bir sıra əsərlərin müəllifidir.

    İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub.

    1997-2008-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.

    2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi fəaliyyətə başlayıb. 2015-ci il isə Türkiyədə kəşfiyyat kursunu bitirib.

    İntiqam həmçinin qardaşı Nurlan Əsgərli ilə birlikdə Aprel döyüşlərində də iştirak edib. Nurlan döyüş meydanında şəhid olub və İntiqam qardaşının nəşini döyüş meydanından özü çıxarıb.

    Azərbaycan ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

    O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid gizir Əsgərov İntiqam Bayram oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

    Aprel şəhidi olan qardaşı Əsgərov Nurlan Bayram oğlu isə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

    Onuda qeyd edək ki, şəhid İntiqam Əsgərlinin büstünün hazırlanması Milli Məclisin deputatı Məşhur Məmmədovun dəstəyi ilə olmuşdur.

    PAYLAŞ:

    Oxşar xəbərlər