Rusiyada evlərin pəncərələrində görünən çəhrayı və bənövşəyi işıqlar böyük marağa səbəb olub.
“Leqal” xəbər verir ki, işıqlarla bağlı çoxlu söz-söhbətlər ortaya atılıb.
Moskva sakini Lyubov Yermolayeva çəhrayı, bənövşəyi işıqlar haqqında deyir:
“Bir neçə il əvvəl axşam saatlarında küçələrdə dolaşırdım və birdən başa düşdüm ki, demək olar ki, hər mənzildə ən azı bir pəncərə çəhrayı-bənövşəyi işıqla parlayır”.
Yermolayeva hətta gəzinti zamanı rast gəldiyi çəhrayı işıqlı pəncərələrin fotolarını paylaşmaq üçün, Vkontakte sosial şəbəkəsində “Mənzillərdə çəhrayı pəncərələr” adlı qrup yaradıb.
İnstaqramda Rusiya mənzillərinin pəncərələrindən sızan bu çəhrayı işıqların sirrini sorğulayan çoxlu qruplar da var. Sosial media qrupları işıqların səbəb ola biləcəyi ilə bağlı fikirlərini bölüşür.
Bəziləri işıqlı mənzillərdə kino dəstləri qurulmuş ola biləcəyini deyir, bəziləri isə bunun şənlik olduğunu düşünür.
Müəyyən müddət sonra həqiqətin tamam fərqli olduğu üzə çıxıb. Məlum olub ki, Rusiyada son illərdə evdə pomidor, gül, şüyüd, cəfəri kimi bitki və tərəvəzlər yetişdirilməyə başlanıb. Günəş işığı evlərə cəmi bir neçə saat çatdığından qış aylarında bu bitkiləri yetişdirmək və yaşatmaq mümkün deyil. Buna görə də Rusiya şəhərlərinin sakinləri çəhrayı işıq saçan bu xüsusi fitolampalardan evlərində bitki yetişdirmək üçün istifadə etməyə başlayıblar.
qafqazinfo