Masallıda şairə ilə görüş
Noyabrın 30-da Masallı rayon Mərkəzi Kitabxanasında şairə Meysaba Aslanova ilə görüş keçirilib.
Kitabxananın direktoru Əlhəddin Nəzərov Meysaba Aslanovanın poetik yaradıcılığı haqqında danışıb.
Şairə “Gözün aydın, Azərbaycan” adlı kitabını oxuculara təqdim edərək bildirib ki, bu onun vətənpərvərlik ruhunda yazdığı sayca üçüncü kitabıdır. Özünün bu kitabları yazmaqda başlıca məqsədi gənclərimizə, uşaqlarımıza vətənpərvərlik ruhunu aşılamaq, oxucuların rəğbətini qazanmaqdır. Tədbirin təşkil olunmasına və qonaqpərvərliyə görə kitabxana rəhbərliyinə təşəkkür edən şairə sonra görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Şairə Meysaba Yunus qızı Aslanova 1960-cı il 25 noyabrda Masallı rayonunun Abasbəyli kəndində anadan olmuşdur. 1985-ci ildə Cəlilabad Sovxoz-Texnikumunun Aqronomluq fakültəsini əla qiymətlə bitirib. 1985-ci il oktyabr ayının 1-dən Masallı rayonunun 173 №-li Orta Texniki-Peşə məktəbində müəllimə işləyib. 1987-ci ildə ailə həyatı qurduğu üçün Türkmənistan Respublikasının Krasnovodski şəhərinə köçüb. Orada istixana təsərrüfatında Baş aqronom olub.1993-cü ildə Azərbaycana qayıdıb. İmişli rayonunda 7№-li TJ-də Baş mühasib işləyib. 1996-cı ildə Masallı rayonunun Yeyənkənd kəndində köməkçi mühasib kimi çalışıb. 2015-ci ildən YAP-ın üzvüdür. DİN-in “Mübariz keşikdə” qəzetində şeirləri dərc olunub. Nazirlikdən təşəkkür məktubu alıb. 2020-ci il oktyabrın 23-də MN-də “Azərbaycan Ordusu” qəzetində şeiri və məktubu dərc edilib. 2021-ci ilin aprel ayında “Qarabağ Azərbaycandır” adlı kitabı nəşr olub. “Gözün aydın, Azərbaycan” müəllifin üçüncü kitabıdır.
Kitabın redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatçısı İbrahim Məmmədhüseyn oğlu Şükürovdur.
«Ön söz»də şairə yazır: «Əziz oxucular, mənim Vətənpərvərlik ruhda yazdığım ikinci şeirlər kitabımdır. 30 il işğalda olan torpaqlarımızn alınması mənə yazıb-yaratmağa ilham verdi. Mənim bu kitabları yazmaqda gəncləri-mizə, uşaqlarımıza Vətənpərvərlik ruhunu aşılamaq, oxucularımızın rəğbətini qazanmaqdır. Məni təbrik edən oxucularıma təşəkkür edirəm. Mənə oxucuları-mın etdikləri təşəkkür hər şeydən qiymətlidir. Bu mənə yazıb-yaratmağa ruh yüksəkliyi verir. Oxucu rəyləri mənim üçün çox qiymətlidir. Mən kitablarım-da daha çox həyatını Vətənimiz üçün qurban verən qəhrəman şəhidlər, qazi və əsgərlərdən yazmağa üs-tünlük verirəm. İnanıram ki, bu sizin də ürəyinizcə olacaq. Vətən, şəhidlər bizim qürurumuzdur. Onları hər yerdə, hər zaman uca tutmaq insanlıq borcumuzdur. İnanıram ki, üçüncü kitabım da sizin ürəyinizcə olacaq."
Aşağıda şairənin bir şeirini "Leqal"ın oxucularlına çatdırırıq:
GÖZÜN AYDIN, AZƏRBAYCAN
Uğur olsun Prezidentim, hamı səni alqışlayır,
Otuz ildə gedən torpaq sayəndə geri qayıdır.
İgid, cəsur Prezidentim,adın tarixə yazılır,
Qarabağın azad oldu, gözün aydın, Azərbaycan.
Torpağını qarış-qarış azad etdi igidlərin,
Həyatını sənin üçün şəhid verdi şəhidlərin.
Keşiyində ayıq-sayıq durur cəsur əsgərlərin,
Qarabağın azad oldu, gözün aydın, Azərbaycan .
Hər addımda Fəridinin, Mübarizin izi qalıb,
Nəbinin, Cavidin sözü, Köroğlunun özü qalıb,
Dərs olmadı düşmənlərə, torpağımda gözü qalıb,
Qarabağın azad oldu, gözün aydın, Azərbaycan .
Ulu Öndərin sözləri mənim üçün şüar olub,
Mən həmişə fəxr etmişəmAzərbaycan övladıyam.
Ruhu şad olsun Öndərin, unudulmaz sözü qalıb,
Qarabağın azad oldu, gözün aydın, Azərbaycan .
Qarabağdır Vətənimin ən gözəl dilbər guşəsi,
Uca dağı, dərələri olubdur gözəl meşəsi.
Azərbaycan himni çalır axan o gur şəlaləsi,
Qarabağın azad oldu, gözün aydın, Azərbaycan .
Meysabanın sevincindən ilhamı da coşub, daşır,
Oturub sakit guşədə sizin üçün şeir qoşur
Prezidentin sayəsində ölkəm indi abadlaşır,
Qarabağın azad oldu, gözün aydın, Azərbaycan.