Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan hərbçilər dəfn olunublar.
"Leqal" xəbər verir ki, onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə iştirak edib.