ANS TV yenidən fəaliyyətə başlayır? Vahid Mustafayevdən

ANS TV yenidən fəaliyyətə başlayır?  Vahid Mustafayevdən
  • Cəmiyyət

  • Sosial şəbəkələrdə yaxın zamanlarda ANS TV-nin açılacağı ilə bağlı məlumatlar yayılıb.

    "Leqal" bildirir ki, bununla bağlı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev açıqlama verib. O bildirib ki, telekanal kiminsə xoşuna gəlməsə belə, Azərbaycanın ilk özəl və müstəqil media şirkəti olub.

    "Bir çoxları ANS-in açılıb-açılmayacağı haqda məndən soruşur, hamı ANS-in açılmasını istəyir və səbirsizliklə gözləyir. Dəfələrlə bu suala cavab vermişik! Bizim xalqımız çox güclüdür və istədiyinə hər zaman nail olur. Baxın, hamı gözləyirdi ki, torpaqlarımızı işğaldan azad edəcəyik və etdik! ANS-in də taleyi illər boyu Qarabağla bağlı idi və azadlıq küləyi xəzri təkin bizim də zülfümüzü tumarlayacaq", - deyə Mustafayev əlavə edib./sfera.az
    PAYLAŞ:

    Oxşar xəbərlər