Bahar Muradova 11 yaşında hamilə qalan qızın son durumundan danışdı

Bahar Muradova 11 yaşında hamilə qalan qızın son durumundan danışdı
  • Cəmiyyət

  • 11 yaşlı qız çox ciddi şəkildə həm fiziki, həm də mənəvi travmaya məruz qalıb. Bu travma davamlı olduğu üçün onun psixoloji durumunda izlərini buraxıb.

    "Leqal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 yaşında hamilə qalan qızın son vəziyyəti haqqında danışarkən deyib.

    O bildirib ki, qız hazırda komitənin və əlaqədar qurumlarının iştirakı ilə dövlət müəssisəsinə yerləşdirilib: "Daha sonra onun ümumi və ailənin vəziyyətini nəzərə alaraq, anası və qardaşı da yanına gətirilib. Onlar fərdi terapiyadan qrup terapiyasına keçiblər. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur, amma hələlik yenə psixoloji yardıma ehtiyacları var.

    11 yaşlı qızın vəziyyətini nəzərə alaraq, həftədə üç dəfə sığınacaqda təhsilə cəlb olunur. Terapeya başa çatdıqdan sonra hansı addımları atacağımıza dair qərarlar verəcəyik. Bu məqamda qız öz ailəsinə veriləcək, istəsə əgər oxuduğu məktəbə və yaxud məqsədəuyğun sayılmasa, tamamilə başqa bir təhsil müəssisəsində təhsilini davam etdirəcək. Çalışacağıq ki, bu ailə indiyə qədərki olduğu mühitdən fərqli bir mühitdə həyatına davam eləsin.

    Nə həmin on bir yaşlı qız, nə də onun kiçik qardaşı bundan sonra buna bənzər hansısa bir travma almasın. Buna ictimaiyyət əmin ola bilər".

    Bahar Muradova qızın anası ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib: "Qızın anası ilə bağlı müxtəlif fikirlər səslənir. Bu, müvafiq qurumların səlahiyyət dairəsinə olan məsələdir. Hər halda proses, araşdırmalar bitənədək məlum olacaq ki, anaya qarşı hansısa tədbir görülməlidirmi? Posesi qabaqlamaq istəməzdim.

    Biz mühiti ailədə sağlamlaşdırmağa diqqət yetirməliyik. Bir körpənin, azyaşlının anasından ayrılması yalnız ona görə lazım deyil ki, biz göstərək mövqeyimiz çox ciddi və qətidir. Əlbəttə, vəziyyəti bərpa etmək mümkündürsə, buna çalışacaq. Yox, əgər ananın hansısa hərəkətlərdə müvafiq məsuliyyət yaradan məqamlar varsa, bu yəqin hüquqi çərçivədə tənzimlənməlidir".

    PAYLAŞ:

    Oxşar xəbərlər