Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən "Leqal"a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.
Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraiti noyabrın 24-ü axşam dəyişəcək, 27-dək şimal və qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı ehtimalı var.