Noyabrın 22-də Saxa Respublikasında (Yakutiya) 45 dərəcəyə qədər şaxta qeydə alınıb.
"Leqal" xəbər verir ki, respublikanın belə hava şəraitinin qeydə alındığı yaşayış məntəqələri arasında Kobyay ulusunun Batamay kəndi qeyd olunur.
Məlumatı Yakutiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin saytı təqdim edib.
“Qeydə alınan temperatur mənfi 45 dərəcə, təzyiq 773 millimetr civə sütunudur, şimal-şərq küləyinin gücü saniyədə bir metrə çatıb”, - deyə məlumatda qeyd olunur.
Eyni zamanda respublikanın paytaxtı Yakutskda mənfi 33-35 dərəcə şaxta qeydə alınıb, yağıntı yoxdur. Sinoptiklərin məlumatına görə, yerli sakinləri duman və küləyin sürətinin saniyədə 1-3 metrə çatacağı gözlənilir.
Qeyd edək ki, 2021-ci ilə olan məlumata görə, Saxa Respublikasının (Yakutiya) əhalisinin sayı 981 971 nəfərdir. Onlardan 466 492 (49,9%) nəfəri yakut, 353 649 (37,8%) nəfəri rusdur.
Yakutlar türk xalqıdır, Saxa Respublikasının yerli əhalisidir. Yakut dili türk dilləri qrupuna daxildir, rus dili ilə yanaşı Saxa Respublikasının (Yakutiya) rəsmi dilidir.
Saxa Respublikası ərazisinə görə Rusiya Federasiyasının ən böyük subyektidir, habelə dünyanın ən böyük inzibati-ərazi vahididir.teleqraf