Qarabağ uğrunda döyüşən rusəsilli azərbaycanlı: “Vətən anadır, əsl ana”

Qarabağ uğrunda döyüşən rusəsilli azərbaycanlı: “Vətən anadır, əsl ana”
  • Cəmiyyət / Maraqlı

  • leksandr Kornev 44 günlük Vətən müharibəsində iştirak edən rusəsilli azərbaycanlılardandır. Vətənin çağırışına səs verən bir çox fərqli milli mənsubiyyətə malik Azərbaycan oğulları kimi o da tarixi ədalət uğrunda mübarizəyə biganə qala bilməyib.

    Baku TV Qarabağ qazisi barədə reportaj hazırlayıb.

    “Vətən anadır, əsl ana. Mən burada böyüyüb, burada yaşamışam. Vətəni qorumaq borcum idi, şərəfim idi”, - deyə o bildirib.

    Aleksandr bir müddət Rusiyada işləyib. Babasının ölümü ilə əlaqədar dəfndə iştirak etmək üçün Azərbaycana qayıdıb və qaynar hadisələrin düz mərkəzinə düşüb.

    Daha ətraflı Baku TV-nin videomaterialında:


    PAYLAŞ:

    Oxşar xəbərlər