Şəhid Murad Xəlilov Şəmkirdə dəfn edilib

Şəhid Murad Xəlilov Şəmkirdə dəfn edilib
  • Cəmiyyət / Maraqlı

  • Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Murad Xəlilov dəfn edilib.

    Leqal.az xəbər verir ki, o, Şəmkir Şəhidlər xiyabanında böyük izdihamla son mənzilə yola salınıb.

    Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər və sakinlər iştirak ediblər.

    Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi Şəmki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər