Şəhid Elçin Əliyevin nəşi doğulduğu Şirvan şəhərinə gətirilib

Şəhid Elçin Əliyevin nəşi doğulduğu Şirvan şəhərinə gətirilib
  • Cəmiyyət / Maraqlı

  • Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinin nəşi ailəsinə təhvil verilib.

    Leqal.az xəbər verir ki, onun nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib.

    Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

    Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

    Allah rəhmət eləsin!

    PAYLAŞ:

    Oxşar xəbərlər