Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlanıb

Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir.

    Leqal.az-ın xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

    Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:

    1. Tətil etmək;

    2. Seçkili orqanlarda vəzifə tutmaq;

    3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;

    4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;

    5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

    6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;

    7. Daimi yaşamaq üçün xaricə getmək;

    8. Siyasi və dini təbliğatla məşğul olmaq;

    9. Dövlət sirrini yaymaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər