Pakistan parlamentinin deputatı, sabiq spiker Sərdar Ayaz Sadiq qanunverici orqanın tribunasında çıxışı zamanı Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
“Parlament tarixində ilk dəfə olaraq bu gün Pakistan Milli Assambleyasında Azərbaycanın Zəfər Gününü qeyd edirik. Azərbaycanı təbrik edirik”, - deyə parlamentari bildirib.
Sərdar Ayaz Sadiqin Azərbaycan xalqına təbriki parlamentdə gurultulu alqışlarla müşayiət olunub.