Doğum günü olan şəhidlərimiz

Doğum günü olan şəhidlərimiz
  • Cəmiyyət / Maraqlı

  • Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda başlanan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan dörd nəfərin doğum günüdür.

    Leqal.az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

    Əsgər İbrahimov Elsevər Etibar oğlu 6 noyabr 1999-cu ildə Şəki rayonu Aşağı Genyaq kəndində anadan olub. Elsevər 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk günlərində döyüş bölgəsinə yollanıb və Füzuli, Qubadlı, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, noyabr 9-da Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

    Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elsevər İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Gizir İskəndərov Elvin Mətləb oğlu 1989-cu il noyabr ayının 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşan Elvin İskəndərov müharibənin ilk günündə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

    Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin İskəndərov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

    MAHHXHQ əsgər İsmayılzadə Vaqif Vüqar oğlu 1996-cı il noyabrın 6-da Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. Əslən Cəbrayıl rayonundan olan Vaqif İsmayılzadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
    O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabr ayının 20-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Beyləqan rayonunda dəfn olunub.

    Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

    MAHHXHQ əsgər Teymurov Şaiq Vidadi 1992-ci il noyabrın 6-da İmişli rayon Aranlı kəndində anadan olub. Ordumuzun əsgəri Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, sentyabrın 29-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş zamanı qəlpələrlə zədələnmə nəticəsində həlak olub.

    Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Şaiq Teymurov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib./oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər