AMEA-ya yeni birinci vitse-prezident təyin olunub

AMEA-ya yeni birinci vitse-prezident təyin olunub
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti vəzifəsini icra edən şəxs məlum olub.

    Bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

    Belə ki, iclasda AMEA-nın akademik-katibi Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

    Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.

    Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katib vəzifələrini yerinə yetirməsi qərara alınıb.

    Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər